YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ konqresmeni Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat verib

Texasdan olan konqresmen Pit Olson Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib. Konqresmen 1992-ci il fevralın 26-da Azərbaycan torpağı olan Xocalıda erməni silahlı qüvvələri tərəfindən qətliam törədildiyini və nəticədə 613 mülki şəxsin öldürüldüyünü bildirib.
Konqresmen P.Olson ötən müddətdə Azərbaycanın uğurlu və iqtisadi baxımdan çiçəklənən ölkəyə çevrildiyini deyib. O, Azərbaycanın çox əhəmiyyətli geosiyasi məkanda ABŞ-ın etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Konqresmen Azərbaycanın İsrail ilə olan yaxın tərəfdaşlığını da qeyd edib.
P.Olson fevralın 25-də ABŞ Konqresində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçirilmiş anma mərasimində iştirak edib və qətliam barədə ətraflı məlumat vermişdi.

 

DİGƏR Xəbərlər Arxiv