YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və insan hüquqları sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Stavros Lambrinidis Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinin və ölkəmizin Fransada törədilmiş terror hadisələrinə münasibətinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv