YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anma mərasimi keçirilib

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə törətdiyi qanlı faciənin ağrı-acısı bu gün də xocalılıların ürəyini göynədir.
Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalı rayon sakinlərinin iştirakı ilə fevralın 26-da soyqırımının 23-cü ildönümü münasibətilə anma mərasimi keçirilib.
Əllərində üçrəngli bayrağımızı və Xocalının haqq səsini müxtəlif dillərdə bəyan edən şüarlar tutmuş gənclər qəsəbənin yaxınlığındakı Bayraq meydanından yürüşə çıxaraq, soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gəliblər. Burada keçirilən mərasimdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev çıxış edərək, 23 il əvvəl ermənilərin Xocalıda törətdikləri dəhşətli faciədən danışıb.
Çıxışlarda əminlik vurğulanıb ki, xocalılılar Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə ata-baba yurdlarına qayıdacaq, faciəni törədənlər isə öz layiqli cəzalarını alacaqlar.
Sonra rayon ictimaiyyətinin nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Anma mərasimindən sonra qəsəbə sakinləri üçün ehsan süfrəsi açılıb.

 

DİGƏR Xəbərlər Arxiv