YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Ermənilərin törətdikləri Xocalı soyqırımı bütün dünyada ən dəhşətli cinayətlərdən biridir

«Ermənilərin törətdikləri Xocalı soyqırımı  bütün dünyada ən dəhşətli cinayətlərdən biridir». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov deyib.

R.Hüseynov hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimləri keçirilir. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını ifşa etməkdir.

«Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verililməlidir. Bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılması zəruridir. Biz inanırıq ki, gec-tez günahkarlar layiqli cəzalarını alacaq»- deyə, R.Hüseynov vurğulayıb.