YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün tələb olunan 100 min səs BMT Təhlükəzilik Şurasına təqdim olunub

Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması ilə əlaqədar tələb olunan 100 min səs toplanaraq BMT Təhlükəzilik Şurasına təqdim olunub. Bunu bu gün jurnalistlərə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, məsələnin bundan sonrakı həlli TŞ-dən asılıdır: “İndi bundan sonra şahmat dili ilə desək, gediş onlarındır”.

Serj Sarkisyanın beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə 100 faiz əmin olduğunu deyən Z.Əsgərov qeyd edib ki, Sarkisyan hərbi cinayətkardır. O, Xocalı soyqırımını törədənlərdən biridir.

Vitse-spiker əlavə edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni ABŞ, Rusiya və Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Amma təklif olunan yeni üzvlər - Almaniya və Türkiyə Təhlükəzilik Şurasının daimi üzvləri deyillər: “Qafqazda sabitliyin qorunub saxlanmasında Türkiyənin də böyük rolu var. Almaniya həmişə bu işdə kömək göstərəcəyini bəyan edib. Almaniya və Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrliyinə qoşulması əlbəttə, yaxşı olar. İş burasındadır ki, BMT TŞ-nin 3 daimi üzvü hələ bu günə qədər bu işi həll edə bilməyib. Hər halda ümid edirik ki, bu, bir nəticə verəcək”.

Z.Əsgərovun sözlərinə görə, Ermənistanın hər gün atəşkəsi pozmaqda məqsədi öz xalqının gözünü daxili problemlərdən yayındırmaqdır: “Bunun da nəticəsi onların öz başında çatlayacaq”.