YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

I “Davamlı İnkişaf Məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirilib

İyunun 30-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyi tərəfindən həyata keçirilən I “Davamlı İnkişaf Məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə layihənin 34 iştirakçısı ilə qısa tanışlıq olub. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan I “Davamlı İnkişaf Məktəbi” layihəsi gənclərin ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən dövlət idarəçiliyi sahələrində nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsi üçün mühüm proqramdır.

B.İslamov qeyd edib ki, görüşün əsas məqsədi iştirakçılarla ümumi tanışlıq, onlara proqramın nəzəri və praktiki hissələri, o cümlədən debat, natiqlik təlimləri, təqdimat bacarıqları istiqamətləri üzrə məlumatların verilməsidir.

İştirakçılar arasında həm YAP üzvü, həm də bitərəf gənclərin iştirak etdiyini vurğulayan B.İslamov bu təşəbbüsün cəmiyyətdə ictimai-siyasi düşüncəsindən asılı olmayaraq bütün gənclər arasında sağlam və dayanıqlı kommunikasiyanın formalaşamasına töhvə verəcəyini deyib.

O diqqətə çatdırıb ki, layihə çərçivəsində iştirakçılar müxtəlif təlimlər və seminarlara cəlb olunacaq. Layihəni ən yüksək göstəricilərlə başa vuran bir qrup gənc müxtəlif dövlət qurumlarının təcrübə proqramlarında iştirak etmək şansı əldə edəcək.

Daha sonra YAP Gənclər Birliyinin üzvü, layihənin koordinatoru Ülviyyə Axundova təqdimatla çıxış edərək iştirakçılara I “Davamlı İnkişaf Məktəbi” layihəsinin proqramı, keçiriləcək seminarlar və təlimlər haqqında məlumat verib.

Nəzəri və praktiki modullar əsasında biliklərə yiyələnəcək iştirakçıların xüsusi debat proqramlarına cəlb olunacağını söyləyən Ü.Axundova layihənin yekununda iştirakçıların münsiflər heyəti qarşısında müxtəlif mövzulu təqdimatlarla çıxış edəcəklərini qeyd edib.

Sonda layihə iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.