YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb

Çox vacib və vaxtında hazırlanmış məruzədir. Belə məruzələrin hazırlanması vacibdir. Xüsusilə də belə məruzələr AŞPA-da hazırlanmalı, bu mövzu araşdırılmalı, ətraflı təhlil edilməlidir. Müxtəliflik ən əsas dəyərlərimizdəndir. Ona görə anlamalıyıq ki, bu fenomenlə bağlı nə etməliyik. Məruzədə bir çox vacib və mühüm tövsiyələr var, eyni zamanda, bu sahədə bir sıra problemlər, xüsusilə də diasporun rolu məsələsi qaldırılıb. Bu da məruzədəki vacib elementlərdəndir, diaspor bu gün təkcə Avropada deyil, dünyada böyüməkdədir.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sessiyası çərçivəsində “Diaspora dair Avropa siyasəti” adlı məruzənin müzakirələrində səsləndirib.

Nümayəndə heyətinin rəhbəri diasporun mənşə ölkəyə təsiri məsələsinin çox vacib olduğunu bildirib. O deyib: “Bu Assambleyanın tarixində ilk dəfə Azərbaycanda yaşayan ermənilərin adından danışıram. Onlar Azərbaycan vətəndaşlarıdır. Bəzən çox böyük, zəngin, təsir gücünə malik erməni diasporu siyasi səbəblərdən mənşə ölkədə, eləcə də bizim ölkədə yaşayan, sülh istəyən erməniləri manipulyasiya etməyə cəhd edirlər. Xüsusilə də Fransada, Rusiyada, ABŞ-da olan güclü, zəngin, təsir gücünə malik erməni diasporu bu insanları manipulyasiya etməyə cəhd edir. Bu, əsl problemdir. Ona görə düşünürəm ki, bu məruzədə haqlı olaraq, nə etməli olduğumuz göstərilib. Bu istiqamətdə daha çox məruzələrə ehtiyac var. Bu məruzə çox vacibdir, bizə hansı istiqamətdə getməli olduğumuzu göstərir”.

S.Seyidov Assambleyada ümumi dəyərlərə yenidən qayıtmağı təqdir edərək, Avropanın müxtəliflik məkanı olduğunu vurğulayıb, bu sahədə eyni mövqe tutmağın vacibliyini bildirib.