YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədridir

Bu gün Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayır.

AŞ Nazirlər Komitəsində sədrlik Azərbaycana Avstriyadan keçib.

Azərbaycan qurumda 6 ay müddətinə sədrlik edəcək.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında ölkəmizin qurumdakı sədrliyinin prioritetlərini açıqlayıb.

Nazir bildirib ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq. Ölkə Avropada demokratiya, təhlükəsizlik və stabillik sahəsindəki mövcud problemlərə, mədəniyyətlərarası dialoq, idman yarışlarına, təhsilə, köçkünlərin insan haqlarının müdafiəsinə və s. güclü diqqət ayıracaq.