YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada Xocalı soyqırımı haqqında kitab və filmin təqdimatı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin Ankaradakı ofisinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar “Sonsuz dəhliz” sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin açılışında Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çəlikin Xocalı soyqırımı barədə müraciəti oxunub. Müraciətdə Türkiyənin dost və qardaş Azərbaycanın acılarına şərik olduğu diqqətə çatdırılır.
Mərasimdə Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Lionel Zetter, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Xocalı sakini, soyqırımının şahidi Valeh Hüseynov çıxış ediblər.
Çıxışlarda “Xocalıya ədalət!” kampaniyasının önəmindən bəhs olunub. Bildirilib ki, təqdim edilən kitab və sənədli film beynəlxalq ictimaiyyəti, o cümlədən türk dünyasını Xocalı soyqırımı barədə daha ətraflı məlumatlandırmaq baxımından böyük əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş hərbi cinayətdir.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Ankaradakı diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir Türkiyənin aparıcı media qurumları tərəfindən işıqlandırılıb.