YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Həmsədrlər regiona yeni təkliflə gəlməyiblər

«ATƏT-in Minsk qrupu həmsədrləri ciddi cəhdlə çalışırlar ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşə nail olsunlar və ardınca prezidentlər səviyyəsində görüş keçirsinlər. Fikrimcə, səfərin də əsas məqsəd bundan ibarətdir». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, həmsədrlərin belə görüşləri təşkil etməklə atəşkəs rejimini qorumağa çalışırlar. Onun sözlərinə görə, son bir ayda Ermənistan tərəfi 3 min dəfədən çox atəşkəs rejimini pozub.

«Atəşkəs rejiminin intensiv şəkildə pozulması isə istənilən vaxt hərbi əməliyyatların bərpasına səbəb ola bilər. Bundan narahat olan həmsədrlər regiona səfər edib və atəşkəsin qorunması naminə müəyyən addımlar atırlar”. Eyni zamanda, həmsədrlərin bu səfərindən möcüzə gözləməyə dəyməz. Həmsədrlər regiona yeni təkliflə gəlməyiblər. Bu, artıq bəllidir. Ortada “Yenilənmiş Madrid prinsipləri”ndən başqa sənəd yoxdur. Həmin prinsipləri isə Ermənistan qəbul etmir»- politoloq qeyd edib.