YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası gənclərinin iştirakı ilə "Daha sağlam gələcək" adı altında vaksinasiya aksiyası həyata keçirilib

Ölkəmizdə Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrası istiqamətində insanların peyvənd edilməsi prosesi uğurla həyata keçirilir. Bu ilin yanvar ayının 18-dən etibarən həyata keçirilən aksiyada​ əhalinin demək olar ki,​ xeyli hissəsi artıq vaksinin ikinci dozasını qəbul edib.

Mayın 20-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında  partiyanın Gənclər Birliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə vaksinasiya aksiyası həyata keçirilib. TƏBİB-in səyyar briqadası tərəfindən təşkil olunan vaksinasiya aksiyasında könüllülük əsasında 150-yə yaxın partiyanın fəal üzvü iştirak edib. Tədbirin məqsədi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya gənclərinin virusa qarşı immun sistemini gücəndirmək və eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində gənclərin rolunun artırılmasından ibarətdir.

Qeyd edək ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.