YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Siyasi partiyalar arasında keçirilən dialoq cəmiyyət tərəfindən müsbət qarşılanır

«Fevralın 12-də siyasi partiyalar arasında keçirilən dialoq çox əhəmiyyətlidir». Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən deyib.

S.Novruov bildirib ki, bu görüş cəmiyyət tərəfindən də müsbət qarşılanır. Onun sözlərinə görə, bu görüşdə həm iqtidarı, həm də müxalifəti təmsil edən partiyalar iştirak edib. YAP İcra katibinin müavini qeyd edib ki, görüşlərin mütəmadi olaraq iki aydan bir keçirilməsi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan dövlətinin demokratiyaya, şəffaf fəaliyyətə münasibətinin ifadəsidir. Millət vəkilinin sözlərinə görə, istər QHT-lər, istər siyasi partiyalar, istər mətbuat orqanları dövlət idarəçiliyində həyata keçirilən bütün tədbirlərin iştirakçısı kimi bundan sonra fəaliyyət göstərəcəklər.

S. Novruzov təəssüflə qeyd edib ki, bəzi partiyalar həm qeyri-legitim olduqları üçün, həm ayrı-ayrı xarici qüvvələrə çalışdıqlarına, həm ümummilli deyil ayrı-ayrı qüvvələrin maraqlarına xidmət etdiklərinə görə, dialoqun  üzərinə kölgə salmağa çalışırlar. «Halbuki, dəfələrlə ATƏT-in və ya başqa-başqa təşkilatların keçirdiyi görüşlərdə canfəşanlıqla iştirak edirlər. Amma bu görüşə gəlmədilər. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar yığışaraq bir yerdə dövlət, ümumxalq, millət əhəmiyyətli məsələ müzakirə edəndə onlar özlərini cəmiyyətdən, xalqdan, millətdən, dövlətdən kənar saxlayırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən öyrədilirlər. Azərbaycanın ümumxalq mənafeyini deyil, xarici qüvvələrin maraqlarını müdafiə edirlər. Çünki görüşdə həm Dağlıq Qarabağ problemi, həm Xocalı faciəsi ilə bağlı, ayrı-ayrı siyasi partiyaların fəaliyyəti, seçki məsələləri müzakirə edilib. Əgər onlar özlərini belə müzakirələrdən kənarda saxlayırlarsa, deməli xalqla bağlı olan partiyalar deyil»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv