YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və Azərbaycan cəmiyyətinə çatdırılması hamımızın ümdə vəzifələrindəndir

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının müasir inkişaf tarixi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bu günkü uğurlarımızın əsasını təşkil edir. Onun ictimai-siyasi və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, hələ sovet dövründə Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmışdı. Müstəqilliyimizin ilk illərində isə dövlətçiliyimiz üçün təhlükə yarananda xarici qüvvələrin, daxildəki əlaltıların pozuculuq fəaliyyətinin, təxribatlarının qarşısını ala bilmişdir. Sonra ki dövrdə ölkəmizdə sabitliyi və əmin-amanlığı formalaşdırmış, Azərbaycanın güdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.

"Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam", - deyən ümummilli liderin hazırladığı mükəmməl strategiya ölkənin iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsi, mövcud təbii sərhədlərin hər bir vətəndaşın mənafeyinə xidmət etməsi üçün ciddi əsaslar formalaşdırır, cəmiyyətin siyasi-hüquqi cəhətdən təkmilləşdirilməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə şərait yaradırdı. Azərbaycanın inkişaf mərhələlərinin təhlili göstərir ki, bu strategiyanın tarixi Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından xeyli əvvəl - 1969-cu ildə respublikaya rəhbər təyin olunduğu vaxtdan başlayır. Azərbaycanın inkişaf tarixinin dinamikası bir daha təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri gəlbində yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici güvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Təəsüflər olsun ki, bu əvəzsiz taleyüklü nailiyyətlər keçən əsrin 80-ci illərinin ikinci yarısından tənəzzülə uğramağa başladı. Səbəb də Moskvanın Azərbaycana qarşı qərəzli və məkrli siyasətini düşünmədən həyata keçirən respublika rəhbərlərinin və müstəqilliyin ilk dövründə gənc ölkənin hakimiyyət orqanlarını ələ keçirən təsadüfi, məsuliyyətsiz, səriştəsiz və savadsız vəzifə hərislərinin səbadsız fəaliyyəti idi. Onların səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadiyyatının mühüm sahələrinin çoxu dağıdıldı. Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra iqtisadi tənəzzülə, siyasi hərc-mərcliyə son qoyuldu. Ulu öndər ölkəmizin perspektiv daxili və xarici siyasət konsepsiyalarını işləyib hazırladı. Alternativi olmayan bu konsepsiyalar bu gün də müvəffəqiyyətlə icra edilir və Azərbaycana möhtəşəm uğurlar gətirir.

Dahi Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, müasir tələblərə uyğun şəkildə davam etdirən prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan intibah dövrünü yaşayır. Ölkəmizdə mövcud olan daxili sabitlik, əmin-amanlıq sürətli iqtisadi təkamülün əsasında dayanan mühüm amillərdəndir. Bu tərəqqi ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, möhkəm bünövrə üzərində davamlı inkişaf edən müstəqil dövlətimizin real mənzərəsidir. Bu gün qürurla deyə bilərik ki, ötən illər ərzində, xüsusilə də son 18 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər şəxsən cənab Prezident İlham Əliyevin adi ilə bağlıdır. Ölkəmizin müdrik rəhbəri, möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikanın hər yerində sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bütün dünyaya nümayiş etdirir ki, inkişafın Azərbaycan modeli təsadüfi xarakter daşımır. Bu gün ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və Azərbaycan cəmiyyətinə çatdırılması hamımızın ümdə vəzifələrindəndir.