YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi şəhidi əsgər Kazımlı Mürsəl Kamil oğlunun ailəsini ziyarət etmiş, ailəyə təşkilat adından sovqat təqdim etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Səmimi söhbət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulamışdır ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər. Təşkilatının sədri eyni zamanda cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan doğma münasibətlərinin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu qeyd etmişdir.

Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına təşəkkür etmişdir.