YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qırğızıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb

Fevralın 12-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşdə Qırğız Respublikasının ölkəmizdəki səfiri Aycigit Buranov da iştirak edib.
Nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub, istehsal prosesini yaxından izləyib.