YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar dünyadakı ciddi problemləri həll edə bilmir

«BMT, Avropa Şurası və ATƏT  kifayət qədər gücü olmayan beynəlxalq qurumlardır. Çünki onlar artıq müəyyən beynəlxalq güclərin diqtəsi ilə hərəkət edir, çox ciddi məsələləri həll edə bilmirlər». Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə bildirib ki, buna misal olaraq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsini, ATƏT-in Minsk qrupunun fəaliyyətini göstərmək olar. Onun sözlərinə görə, Avropa Şurasının rəhbərliyi iki kəlbəcərli soydaşlarımızın girov götürülməsi məsələsindən konkret yayınırsa, bu artıq təşkilatın məsələyə münasibətinin bir göstəricisidir.

«Hesab edirəm ki, bu qurumlar müəyyən məsələləri araşdırarkən ədalətli və doğru qərar qəbul etmək üçün siyasi prizmadan çıxış etməməlidir»- deyə, Ç.Qənizadə qeyd edib.

DİGƏR Xəbərlər Arxiv