YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Ermənistanın yeganə çıxış yolu götürdüyü bütün öhdəliyi yerinə yetirmək məcburiyyətidir

“Aprelin 20-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlərə aydınlıq gətirərək bir daha fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə etdi. İlham Əliyevin Hacıqabuldakı bəyanatı hazırda  geniş müzakirə mövzusuna çevrilib”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, Hacıqabulda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda aparılan ümumi abadlıq-quruculuq işlərindən söz açan Prezident İlham Əliyev əsas kimi yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər getdiyini söylədi. Beləliklə, bəlli oldu ki, azad edilmiş ərazilərin elektrik təchizatı istiqamətində işlər böyük intensivliklə həyata keçirilir. Xətlər çəkilir, yeni yarımstansiyalar tikilir. Artıq Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa olunur. Həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı yaxın günlərdə Füzuli-Şuşa yolu, yəni Zəfər yolundan başqa, Horadiz-Zəngilan avtomobil yolunun da təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Prezident bu yolun Zəngəzur dəhlizinə gəlib çatacağını və artıq cədvəl üzrə işlərin getdiyini də vurğuladı.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 10 noyabr Bəyanatına əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir: “Yəni Ermənistan öz təxribatlarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Bu gün məhz bu səbəbdən Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problem kimi qalmaqdadır. İndiki vəziyyətdə bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də çox cinayətkar bir hərəkətdir, çünki bu xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur. Bütün bunlar bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir və bu əməllərinə görə Ermənistan hökuməti beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir. Müharibəyə qədər istədiyi oyunlardan çıxan, həmsədr dövlətlərin, beynəlxalq təşkilatların yaratdıqları cəzasızlıq mühitindən lazımınca yararlanan Ermənistan indi çıxılmaz vəziyyətdədir. İndi yeganə çıxış yolu götürdüyü bütün öhdəliyi yerinə yetirmək məcburiyyətidir. Əks təqdirdə, Prezidentin də söylədiyi kimi, nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir. Etməsələr də, zorla həll edə bilərik”.