YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədi rayonunda “Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbir keçirilmişdir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən və 23 Aprel- “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbir keçirilmişdir.  

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Təhminə Bədəlova, yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev, Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının Komplektləşdirilməsi şöbəsinin müdiri Fəridə Hüseynova və başqaları iştirak etmişlər.

Tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova böyük hikmət sahibi Nizami Gəncəvinin şeirlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verdiyini, şəxsiyyəti hər hansı bir rütbə deyil, yalnız elm, bilik, tərbiyə ucalda biləcəyini xüsusilə vurğulamışdır. Natiq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə keçiriləcək tədbirlərdən, həmçinin  23 Aprel- “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün əhəmiyyətindən və tədbirin mahiyyətindən bəhs etdi.

Sonra çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişunaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açaraq dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu qeyd edərək şairin əsərlərinin geniş təhlili ilə auditoriyanı tanış etdi.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz çıxışında, bu ilin “Nizami Gəncəvi İli” elan edilməsinin də dərin mənasından bəhs edərək əlavə etdi ki, “Dünyaya mesajdır ki, Azərbaycanın 880 illiyini qeyd etdiyi dahi, mütəfəkkir şairi var. Azərbaycan ərazisində yaşayıb, Gəncədə doğulub, ömrünü Gəncədə keçirib. Fars dilində yazmasına baxmayaraq bütün əsərlərində dünya alimlərinin də söylədiyi kimi, türk ruhu başdan-başa hiss olunur. Hesab edirəm ki, bu cür tədbirlər Nizaminin Azərbaycan şairi olmasında tərəddüd edənlərin şübhələrinə son qoyur.”

Növbəti çıxışçı Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev  Heydər Əliyevin milli dövlətçiliyin formalaşmasına və inkişafına yönələn fəaliyyətinə toxundu.

Daha sonra Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının Komplektləşdirilməsi şöbəsinin müdiri Fəridə Hüseynovaya çıxışında kitabxanaların milli mədəni sərvətlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intelektli gənc nəslin yetişməsində böyük rol oynadığından bəhs etdi.

Sonda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov kitabın əhəmiyyətindən söz açaraq qeyd etdi ki, "Çap edilmiş sözün tarixi - insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur. Şəxsi təəssuratları əks etdirərək və eyni zamanda dərin sosial təzahür forması olaraq, kitablar insanlar arasında, cəmiyyətlər daxilində, dövrlərin dialoqunun formalarının müxtəlifliyini təmin edir”

Tədbir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimləri və məktəb şagirdlərini maraqlandıran sualları qonaqlar tərəfindən cavablandırmaqla diskusiya formatında davam etdi.