YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir

“Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə, Zəngəzur dəhlizi türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu dəhliz həmçinin, Qərbdən Şərqə uzanan ticarət yolunun mayakına çevriləcək. Bu səbəbdən də, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi: “Çünki bu maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradır. Eyni zamanda, bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eləcə də Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış yeni körpü olacaq”.

“Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində televiziyaya müsahibəsində bir daha dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Zəngəzur dəhlizinin yaradılması milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir: “Dövlətimizin başçısı xüsusi olaraq diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də həyata keçiriləcək. Hətta, istəməsə belə zorla həll ediləcək. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq. Bununla da, Prezident İlham Əliyev verdiyi daha bir vədini yerinə yetirmiş olacaq”.