YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhidlərin məzarını ziyarət ediblər

YAP Ucar rayon təşkilatının fəalları Bərgüşad kəndində şəhid  Süleymanov Səbuhi Ələkbər oğlunun və Qazıqumlaq kəndində Qarayev Namiq Qarakişi oğlunun doğum günlərində məzarlarını ziyarət etib, ruhlarına dualar oxuyublar.

Bərgüşad kəndinin mərkəzində şəhid Səbuhi Süleymanovun adına bulağın açılışı olub.

Şəhid anaları Südabə Süleymanova və Şərqiyə Qarayeva və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.