YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsi və qaziləri ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş Vətən Müharibəsi şəhidi, çavuş (MAHHXHQ) Süleymanov Rauf Allahverdi oğlunun, Hövsan qəsəbəsi sakini, Vətən Müharibəsi qazisi Şixbalayev Tariyel İmam oğlunun və Qaraçuxur qəsəbəsi sakini, Vətən Müharibəsi qazisi İmaməliyev Yadigar Əkbər oğlunun ailələrini ziyarət etmiş, ailələrə sovqat aparmış və onların qayğıları ilə maraqlanmışlar.

Şəhid Süleymanov Rauf Allahverdi oğlunun ailəsini ziyarət zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tərəfindən Vətən Müharibəsi şəhidlərinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalça təqdim edilmişdir.

Şəhid ailəsi və qazilərlə səmimi keçən görüşlər zamanı Vüqar Seyidov Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə etmiş, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulamışdır. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirmişdir. Bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirmişdir.

Sonda həm Vətən Müharibəsi şəhidi Süleymanov Rauf Allahverdi oğlunun həyat yoldaşı, həm də Vətən Müharibəsi qaziləri Şixbalayev Tariyel İmam oğlu və İmaməliyev Yadigar Əkbər oğlu göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmiş, qazilər onlara göstərilən qayğını hiss etmək onların yaralarının sağalmasına mənəvi dəstək olduğunu demişlər.