YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır

“Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Ordumuzun  işğal altında olan torpaqlarımızın azad olunması ilə əldə etdiyi tarixi Qələbə təkcə ölkəmiz üçün deyil, bütöv region üçün əsaslı və sürətli inkişafın yeni mərhələsinə geniş qapı açıb. İndi regionda tamamilə yeni reallıqlar yaranıb. Çünki sülh və sabitliyin  inkişafa verdiyi təkan əvəzedilməzdir. Lakin  bu gün Ermənistan gələcəyə baxmaq, regional əməkdaşlığı yaratmaq əvəzinə revanş hissi ilə yaşayır”. Bu fikirləri YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.

Təşkilat sədri bildirib ki, Vətən müharibəsində məğlub olan Ermənistan əvvəlcə bu ideoloji buxovlardan xilas olmalıdır. Dünyada ikinci elə bir dövlət yoxdur və hətta təsəvvür edilməsi mümkün olmayandır  ki,  onun Konstitusiyasında basqa bir ölkəyə qarşı ərazi iddiası təsbit edilmiş olsun.  Amma bugün Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası yer alır. Bəli, Ermənistanın  qonşu dövlətlərlə normal münasibət qura bilməməsinin, işğal siyasətinin qurbanı olmasının  kökündə məhz bu cür sivil və bəşəri dəyərlərdən uzaq olması dayanır. 

Onun sözlərinə görə, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonrainkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionu gözləyən yeni çağırışların nədən ibarət olduğunu diqqətə çatdıram möhtərəm Prezidentimiz cənab İlham Əliyev əsl həqiqətləri açıqladı. Bildirdi ki, azərbaycanofobiya, türkofobiya ermənilərin yeganə amilinə çevrilib.  Cənab Prezident qeyd edib ki, “Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunutorpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər”.  Və burada ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi,  regionda sülh və təhlükəsizliyin tam bərqərar olması üçün ilk növbədə Ermənistan qonşulara qarşı düşmənçilik münasibətindən əl çəkməlidir. Əks təqdirdə, “onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar,” – deyə dövlətimizinbaşçısı bildirmişdir. Həmçinin  bir daha bəyan etmişdir ki, əgər xalqımıza və ya ərazi bütövlüyümüzə qarşı bir az risk təhlükəsinin olduğunu görəriksə, özümüzü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik.

Fəqət şadlinskaya qeyd edib ki, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılması və məcburi köçkünlərin doğma yurd yerlərinə qayıtmasının təmin edilməsidir: “Qarabağ ölkə iqtisadiyyatında, qeyri-inkişaf sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlərə artıq başlanılıb. Zəngilanın mühüm daşınma və logistik mərkəzə çevrilə biləcəyi göz qabağındadır. Artıq geri alınmış torpaqlarımızda infrastruktur layihələrin icrasına başlanılıb. Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə başlanılıb. Daha bir yol isə Kəlbəcərə çəkilir. İki il ərzində bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. İlk olaraq Zəngilanda “ağılllı” kənd pilot layihəsinin icrasına başlanılıb. İlk şəhərsalma layihəsi Ağdamda həyata keçiriləcək. Gələn ildən mərhələli şəkildə məcburi köçkünlərin ilk qrupu öz yurd yerlərində yaşaya biləcəklər. 30 il bundan öncə Ermənistanın təcavüzü nəticəsində Bərdəyə pənah gətirib burada yaşayan məcburi köçkün soydaşlarımız böyük sevinc içində həsrət qaldıqları doğma torpaqlara qayıdacaqlar. Bütün bunlar isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağa, tarixi məkanlarımıza, doğma torpaqlarımıza qovuşan möhkəm, geniş, uğurlu və əbədi yolun qətiyyətli və əmin addımlardan yaranan və heç zaman pozulmayacaq  ilk  cığırlarıdır.Arzumuz budur ki, bu yollar əbədi və uğurlu olsun!”.