YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Statistika Komitəsi ilə UNICEF arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Aprelin 16-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüşüb.

Görüşdə 2021-2025-ci illər üçün Azərbaycan üzrə Ölkə Proqramının prioritetləri və Dövlət Statistika Komitəsi ilə UNICEF arasında ikitərəfli əlaqələrin inkişafına dair məsələlər müzakirə olunub.