YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

YAP Qusar rayon təşkilatının nümayəndələri  aprelin 15-də rayonun Hil kəndində torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş Ramazanov Rail Arif oğlu və Cavadov Rəşad Fərzəli oğlunun ailələrini ziyarət edib, onları narahat edən problemlərlə maraqlanıblar.

Qeyd edək ki, 15 aprel tarixində həm də şəhid Ramazanov Rail Arif oğlunun 24 yaşı tamam olur.

Təşkilatın nümayəndələri şəhid ailələrin üzvləri ilə birlikdə şəhid məzarlarını ziyarət edib və ruhlarına dualar oxuyublar.

Söhbət zamanı şəhid valideynləri özlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid ailələrinə Ramazan sovqatları təqdim edilib.