YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Qalib ölkə olaraq hərbi qənimətlərin nümayiş etdirilməsi bizim üçün çox qürurvericidir

“44 günlük Vətən Müharibəsi Zəfər qələbəsi ilə başa çatdı. Zəfər Paradında düşməndən alınmış qənimətlər nümayiş etdirildi və bildirildi ki, bütün qənimətlər toplanacaq, muzeydə nümayiş olunacaq. 3 gün öncə cənab Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi. Hər bir qənimət qəhrəmanlıq nümunəsi, düşməndən alınmış qisasın simvoludur. Zəfər qazanmış bir çox ölkədə Hərbi Qənimətlər Parkı mövcuddur. Və bütün Hərbi Qənimətlər Parkı olan ölkələr qürurla bu parklarında gəzir, bir daha qalib dövlət olmasının sevincini yaşayır. Ölkəmizdə də hər bir azərbaycanlı bu parkın açılmasından qürur duyur, gedib müzəffər ordumuzun ələ keçirdikləri qənimətləri öz gözləri ilə görmək istəyirlər. Dünyada özündə mübaribənin dəhşətlərini ehtiva edən eksponatlar saxlayan muzeylərin sayı onlarladır. Onların siyahısına biri də əlavə olundu - Azərbaycanda yerləşən Hərbi Qənimətlər Parkı”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Məşhur Məmmədov bildirib ki, cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Pakı erməni faşistləri üzərində qazanılan qələbənin təsdiqidir. Hərbi Qənimətlər Parkında maketi qoyulan erməni əsgəri, onun üzərində olan geyimi və texnikaları Azərbaycan ordusu tərəfindən qələbə qazanıldıqdan sonra qənimət olaraq götürülüb. Bu cür muzey və belə təcrübə ilk dəfə deyil. Belə muzeylər dünyanın bir çox ölkələrində hələ ötən əsrlərdən bəri yaradılıb. Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini sübut etməklə yanaşı, illər boyu himayədarları sayəsində ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə acınacaqlı olduğunu bütün çılpaqlığı ilə göz önünə gətirir.

Millət vəkili qeyd edib ki, cənab Prezidentin tövsiyəsilə bu parkın salınması ermənilərə öz gerçək simaları ilə tanış olmaq, işğalçı təfəkkürdən utanc hissi keçirmək imkanı yaradıb: “İşğaldan azad edilmiş Azərbaycan ərazilərini gəzməklə ermənilərin ağlasığmaz vəhşiliklərinin, misilsiz cinayətlərinin izini hər qarış azad edilmiş torpaqda görmək mümkündür. Azərbaycan turistlərin diqqətini cəlb edən ölkələr siyahısındadır. Bölgələrdə və şəhərin mərkəzində, şəhərətraflnda kifayət qədər turizm məkanları, qədim tarixi abidələr həmişə turistlərin diqqət mərkəzində olub. İşğaldan azad etdiyimiz ərazilərdə tarixi abidələrin bərpası və Hərbi Qənimətlər Parkı ölkəmizi turistlər üçün daha cazibədar edəcək. Qalib ölkə olaraq qənimətlərin nümayiş etdirilməsi bizim üçün çox qürurvericidir. Yaşasın bu qüruru bizə bəxş edən Ali Baş Komandanımız və Müzəffər Ordumuz!”.