YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Ermənistan Azərbaycanın dəmir yumruğunu unutmamalıdır

“Bakıda Hərbi Qənimətlər Parkının açılışında sonra Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxışı zamanı bir sıra vacib məsələlərə toxundu. Şanlı Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunun böyük bir hissəsini məhv etdi və regionda yeni reallıq yaratdı. Azərbaycan 30 ilə yaxın bir dövrdə işğal altında qalan ərazilərini öz gücü hesabına azad etdi”. Bu fikirləri Milli Məclisin deputat Şahin İsmayılov deyib.

Şahin İsmayılov bildirib ki, problem artıq həll olunub, lakin Ermənistanda bəzi revanşist qüvvələr hansısa yeni münaqişə və ya qisas haqqında fikirlər söyləyirlər: “Azərbaycan xalqı erməni xislətinə yaxşı bələddir. Tarix boyu biz erməni vəhşiliyindən əziyyət çəkmişik. Amma erməni şovinistləri bir reallığı yaxşı dərk etməlidirlər ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Onun şanlı Ordusu var, bölgə iqtisadiyyatının böyük bir hissəsi ölkəmizin payına düşür. Eyni zamanda, xalqımız birlik nümayiş etdirir, Azərbaycan yüksək səviyyədə qurulmuş beynəlxalq münasibətləri və güclü Lideri var. Biz Ermənistan haqqında bunların heç birini deyə bilmərik. İşğalçı ölkə faktiki olaraq xaos içərisindədir. İnsanların heç bir dövlət institutuna inamı qalmayıb və onlar kütləvi şəkildə Ermənistanı tərk edirlər. Belə olan halda, hansı revanşdan söhbət gedə bilər?”

Millət vəkilinin sözlərinə görə, Ermənistan dövləti başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir: “Bu reallığı nə qədər tez dərk etsələr, onlar bir o qədər də tez regiondakı inteqrasiya proseslərinə qoşula biləcəklər. Hər halda, onlar Azərbaycan Ordusunun gücünü gördülər. Dövlətimizin başçısı Prezident İlham Əliyevin də Hərbi Qənimətlər Parkındakı çıxışı zamanı bu məsələ ilə bağlı fikirləri açıq və qəti idi: dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna son qoyulacaq. Düşünürəm ki, erməni cəmiyyəti baş verən bu prosesləri yaxın izləməli və hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir. Əks təqdirdə, dəmir yumruq işə düşəcək”.