YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüsləri tarixi fürsət kimi dəyərləndirilməlidir

“Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans Azərbaycanın  regionumuzda yaratdığı yeni şərtlərdə baş tutun ilk geniş formatlı beynəlxalq tədbir idi. Konfrans ADA Universitetinin yüksək səviyyəli  təşkilatçılığı ilə baş tutdu.  Hər şeydən öncə Azərbaycan Prezidenti bu konfrans vasitəsilə dünyaya iki mühüm ismarıc verdi. Bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kim görməsinin bəyanı idi. Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən edilən çoxsaylı və mühüm fikirlərdən  yalnız ikisi idi”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri  təmsilçilərinin suallarını cavablandırarkən  keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan başlamış erməni vandaliziminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin  beynəlxalq hüququn və ədalətin yanında olunmasından başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi. Bu xüsusda Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin necə Cənubi Qafqazda dövlət olmaları ilə bağlı da obyektiv tarixi bilgiləri  arqumentləşdirilmiş bir şəkildə, açıqca dünyanın diqqətinə təqdim etdi. Lakin bununla belə, Azərbaycanın hazırki mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə  səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönədiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması və “azərbaycanfobiyadan”, “türkofobiyadan” qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə  bilməsinin lazım olduğunu  qeyd etdi.

“Artıq hər kəsə aydındır ki , Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini  Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə bilib. Bu, ölkəmizə yeni qalib ölkə statusu qazandırıb.  Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki, Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və  gec- tez hamı bununla hesablaşmalı olacaq”,-deyə millət vəkili vurğulayıb.