YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalid Taimur Akram: Pakistan xalqı, xüsusilə gənclər Azərbaycan Prezidentinə böyük rəğbət bəsləyirlər

Biz bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən çox razı qaldıq. İnanırıq ki, tezliklə Azərbaycan Qarabağın da inkişafına nail olacaq. Biz qaçqınların tezliklə öz yurdlarına, Şuşaya qayıdacağı günü səbirsizliklə gözləyirik. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir.

Bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram deyib.

“Pakistan xalqı, xüsusilə gənclər Azərbaycan Prezidenti İlham Əliyevi çox sevir və ona böyük rəğbət bəsləyirlər. Pakistan xalqı qardaş kimi sevdiyi Azərbaycan xalqını daim dəstəkləyib. Qarabağ münaqişəsi başlanan andan Azərbaycanın Qələbəsini gözləyən pakistanlılar hazırda ölkənizin bu xoş günlərinə çox sevinir. Bu Parkda gördüklərim mənə qürur hissi yaşatdı. Bu muzey növbəti nəsillər üçün Azərbaycan əsgərinin mübarizliyinin bariz nümunəsidir”, - deyə pakistanlı ekspert bildirib.