YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, başsağlığında deyilir: “Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.