YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Azərbaycan pandemiyanın təsirlərinə çevik reaksiya verən ölkələrdən biridir

“Azərbaycan pandemiyanın təsirlərinə çevik reaksiya verən ölkələrdəndir. Ölkəmizin Cənubi Qafqazda vaksinasiya prosesinə ilk başlayan ölkədir. Bu da onu göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Məhz bu baxımdan, pandemiyanın təsirlərinin minumumlaşdırılması, eyni zamanda, vaksinasiya prosesinin davam etdirilməsi fonunda pandemiyanın lokkalaşdırılması ilə bağlı fəaliyyətlər davam etdirilir. Eləcə də sərt karantin rejiminin tətbiq olunduğu dövrlərdən başlayaraq dövlətin birbaşa iqtisadi və sosial dəstəyi də tətbiq olunmaqdadır”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, növbəti dövrlər üçün islahatların dərinləşməsi, həm də iqtisadi sektorda təşviqin və güzəştin davam etdiriləcəyi gözlənilir. Artıq növbəti dövrdə sahibkarlara veriləcək güzətli kreditlərin həcmi ilə bağlı məlumatlar verilib. Sahibkarlar pandemiyanın davam edən aylarında da güzəştli kreditlərdən faydalanmaq imkanları əldə edəcəklər. Burada əsas məqsəd pandemiyanın insanların sağlamlığına təsirlərini minumumlaşdırmaqla yanaşı, həm də iqtisadi və sosial təsirlərini azaltmaqdır. Bu kontekstdən də diqqət yetirsək görərik ki, ölkəmizdə icra olunan dəstək paketinin məbləği 3,5 milyard manata yaxın idi.

“Hətta 2021-ci ilin dövlət büdcəsində də pandemiyanın təsirlərini minumumlaşdırmaqla bağlı vəsaitlər nəzərdə tutulub. Bu baxımdan, sistemli şəkildə pandemiyanın təsirlərini minumumlaşdırmaqla bağlı  işlər davam etdirilir. Növbəti mərhələdə də bu istiqamətdə fəaliyyətlərin genişləndiriləcəyi gözlənilir. Onu da qeyd edim ki, beynəlxalq maliyyə qurumları 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 2,8 faiz artacağını proqnozlaşdırıblar. Hətta 2022-ci il üçün bu rəqəmin 3,9 faizi olacağı gözlənilir. Bu baxımdan, artıq ölkəmizin növbəti aylarda iqtisadi artım mərhələsinə qədəm qoyacağı şübhəsizdir. Bu isə ondan xəbər verir ki, həm pandemiyanın davam etdiyi aylarda, həm də postpandemiya dövründə iqtisadiyyatdakı artımın bərpa edilməsi və dayanıqlığın qorunub saxlanılması əsas məqsədlərdən biri olaraq qalacaq”,-deyə deputat söyləyib.

DİGƏR Xəbərlər Arxiv