YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qubadlı rayon təşkilatının nümayəndələri Milli Qəhrəman Şükür Həmidovun məzarını ziyarət edib

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı və Qubadlı rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun ad günü ilə əlaqədar tədbir keçirilib. Milli Qəhrəmanın ailəsi ilə birgə 2-ci Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub və gül dəstələri qoyulub.

Ziyarət zamanı çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq səlnaməsi Azərbaycan tarixinə qızıl hərflərlə həll olunub. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun həyat yolundan söhbət açan A.Haxverdiyev bildirib ki, 2016-cı ili aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərən Ş.Həmidov 2020-ci ilin Vətən müharibəsində də şücaətlə döyüşüb. Onun qəhrəmanlığının hər bir Azərbaycan gənci üçün örnək olduğu diqqətə çatdırılıb.

Milli Qəhrəman Şükür Həmidovun ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  ölkə Prezidentinə təşəkkür ediblər.