YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazisi olan Həsən Mehdiyevi ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri rayonun Məmmədabad kəndində Vətən müharibəsi qazisi olan Mehdiyev Həsən Rəcəb oğlunu ziyarət ediblər.

Görüşdə qazimizin Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşdüyü, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Ziyarət zamanı qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdiyi barədə ətraflı söhbət aparılıb. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazıblar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaqdır. Şəhidlərimizin, qazilərimizin keçdiyi döyüş yolu gələcək nəsillər tərəfindən daim öyrəniləcək və yad olunacaq.

Görüşdə qeyd olunub ki, cənab Prezidentin Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun fəaliyyətə başlaması dövlətimizin şəhid ailələrinə, qazilərə diqqət və qayğısının bariz nümunəsidir. Qazimiz və ailəsi ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.