YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Millət vəkili Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib

Millət vəkili Pərvin Kərimzadə Aprel  döyüşlərinin qəhrəman şəhidi, Kapitan İnqilab Quliyevin ailəsini ziyarət edib. Kapitan İnqilab Quliyevin qəhrəmancasına həlak olduğu Aprel döyüşlərini xatırladan millət vəkili hərbi əməliyyatların bütün dünyaya Azərbaycan Ordusunun gücünün, qələbə əzminin daha bir nümayişi olduğunu qeyd edib.

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən beş il ötür. Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam hissinin rəmzi olan Aprel döyüşləri  bütün dünyaya Azərbaycanın qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağına inamı bəyan etmişdi. Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, Ali Baş Komandanın,  ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, qəhrəman Azərbaycan əsgərlərinin qətiyyətini, gücünü, qüdrətini  nümayiş etdirdi.  

Şəhidin atası Çingiz Quliyev şəhid ailələrinin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğundan danışaraq, şəhid ailələrinin hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin arxasında olduğunu bəyan edib.

 Qeyd edək ki, İnqilab Quliyev 1983-cü ilin 13 aprelində anadan olub. 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Kapitan İnqilab Quliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. İki oğlu yadigar qalıb.

Beş iş əvvəl Aprel döyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən bütün ərazilərimizdə dalğalanmasından sonsuz qürur duyur. Aprel Şəhidlərimizi hörmətlə anır, ruhları qarşısında baş əyirik.