YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək

Romada İtaliyanın sabiq xarici işlər naziri, ədalət, azadlıq və təhlükəsizlik məsələləri üzrə keçmiş Avropa komissarı, hazırda isə İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti Franko Frattini ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, görüşdə Mərkəzin təşkilatçılığı ilə fevralın 19-20-də Brüsseldə “Avropada etimadın bərpa olunması” mövzusunda keçiriləcək toplantı müzakirə edilib. Həmçinin bu ilin aprel ayında Bakıda təşkil olunacaq III Açıq Cəmiyyətlər Forumuna hazırlıq işlərinə dair fikir mübadiləsi aparılıb. Hər iki tədbirin əhəmiyyətini yüksək qiymətləndirən F.Frattini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Brüssel toplantısında və Bakı Forumunda məmnuniyyətlə iştirak edəcəyini bildirib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini də yüksək dəyərləndirib.
Görüşdə F.Frattini ilə bu ilin noyabr ayında Romada təşkilatın xüsusi toplantısının keçirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Açıq Cəmiyyətlər Forumu və digər toplantılar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.