YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Beynəlxalq təşkilatlar ölkəmizdə koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirir

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında koronavirusun geniş miqyasda yayılması səbəbindən bütün dünyada pandemiya elan etdi. Bir çox dövlətlər, eləcə də inkişaf etmiş Avropa ölkələrinin bəziləri pandemiyaya ciddi yanaşmadılar. Sonradan bu ölkələrdə hansı dəhşətlər yaşandığı hamımıza məlumdur. Çox sayda insan bu virusdan həyatını itirdi, ölkələrinin səhiyyə sistemləri demək olar ki, çökdü. Azərbaycan rəhbərliyi isə uzaqgörən siyasət yürüdərək qabaqlayıcı qərarlar qəbul etdi. Prezident İlham Əliyevin göstərişi ilə dərhal dövlət xəstəxanalarının bir qismi COVID xəstələrinin qəbulu üçün hazır vəziyyətə gətirildi. Tam yeni və müasir avadanlıqlarla təchiz olunmuş “Yeni klinika” sırf bu cür xəstələrin müalicəsi üçün vaxtından əvvəl istifadəyə verildi”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, ÜST ölkəmizdə koronavirusla mübarizədə görülən tədbirləri çox yüksək qiymətləndərərək digər ölkələri də Azərbaycanın təcrübəsindən yararlanmağa çağırdı. Bir çox dövlətlər Azərbaycan təcrübəsindən istifadə etməklə bu sahədə irəliləyişə nail oldular. Azərbaycan beynəlxalq səviyyədə də köməyini əsirgəmədi. Dövlətimiz tərəfindən ÜST-ə 10 milyon dollar ianə edildi, 30-a yaxın ölkəyə yardım göndərildi. Bu, bir daha Azərbaycanın humanist ölkə, xalqımızın isə humanist xalq olduğunu sübut etdi. Artıq dünyada virusla mübarizə çərçivəsində vaksinasiya prosesinə start verilib. Ölkəmizdə də vaksinasiya prosesi uğurla aparılır. Təəssüflər olsun ki, bu sahədə də ikili standartlar öz sözünü deməkdədir. Bir sıra böyük dövlətlər öz əhalisinin sayından artıq vaksin sifariş verib və alıb. Yoxsul və az inkişaf etmiş dövlətlərin əhalisi isə vaksin əldə edə bilmir, bununla da vətəndaşlarının sağlamlığı təhlükə altında qalır. Azərbaycan ilk vaxtlardan dünya dövlətlərini vaksinlə ədalətli şəkildə təmin olunmasını öz üzərinə götürən COVAX platforması ilə əməkdaşlıq edirdi. Çox təəssüf ki, COVAX üzərinə düşən öhdəlikləri yerinə yetirmədi və vəd olunan vaxtda Azərbaycanı vaksinlə təmin etmədi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan vətəndaşlarını vaksinlə təmin edən ilk ölkələrdən biridir: “Prezident İlham Əliyevin güclü və uzaqgörən siyasi xadim, eləcə də dövlət başçısı olması bir daha özünü göstərdi. Məhz dövlətimizin başçısının səyi və iradəsi sayəsində COVAX-la paralel vaksin istehsal edən digər ölkələrlə birbaşa əlaqə yaradıldı. Bu iş bu gün də davam etdirilir. Bu gün Azərbaycan MDB dövlətləri arasında peyvənd olunmuş əhalinin sayına görə faiz nisbəti ilə ilk yerdədir. Bu da Azərbaycanın istər iqtisadi, istərsə də siyasi cəhətdən güclü dövlət olduğunu sübut edir”.