YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir

YAP Qusar rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir.  Təşkilatın fəallarının şəhid ailələri ilə növbəti görüşü rayonun Urva kəndində baş tutub. Urvalılar Vətən müharibəsində qəhrəmanlıqla şəhidlık zirvəsinə ucalmış dörd övladı ilə fəxr edir: Kürəbəyov Mayıl Kamran oğlu, Əlimuradov Cumart Şixrəhim oğlu, Ələskərov Vadim Ağababa oğlu, Arazov İkraməddin Qüdrət oğlu.

Qeyd edək ki, şəhid ailələrin ziyarət olunduğu 2 aprel 2001-ci il tarixi həm də Azərbaycan Ordusunun əsgəri Mayıl Kürəbəyovun anadan olduğunu gündür.Yaşasaydı  Mayılın 20 yaşı tamam olacaqdı.

Onu da xatırladaq ki, 2-5 aprel  2016-cı il tarixlərdə  baş vermiş qürur və şərəf tariximiz olan Aprel döyüşlərdən 5 il ötür.

Səmimi görüşlər zamanı şəhid ailələrin qayğıları ,onları narahat edən problemlər haqqında təkliflər dinlənildi və bu məsələlərin tezliklə həll ediləcəyi bildirildi.

Şəhid ailələrin üzvləri özlərinə göstərdiyi xüsüsi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Görüşdən sonra şəhidlərin məzarları ziyarət edildi və gül dəstələri düzüldü.