YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Bolqarıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Fevralın 10-da müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Y.Camalov Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığın yüksək qiymətləndirildiyini söyləyib. O, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə də məlumat verib.
Görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova da iştirak edib.