YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının fəalları şəhid Mehman Qənbərovun ailəsini ziyarət edib

YAP Bərdə rayon təşkilatının  sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəal üzvü Vətən müharibəsində şəhid olmuş  Qənbərov Mehman Nəriman oğlunun ailəsini ziyarət edib.

Görüş zamanı şəhidin atası Nəriman Qənbərov, anası Məryəm Qənbərova və qardaşı Cavid Qənbərov polkovnik-leytenant Mehman Qənbərovun şərəfli hərbi xidmətindən və ömür yolundan danışıblar.Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.

YAP Bərdə rayon təşkilatının üzvləri  ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.

Qeyd edək ki, Mehman Qənbərov  Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.