YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlcuq Bayraqdar Azərbaycana gəlib

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədə mühüm rol oynayan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana gəlib.

Bu barədə Səlcuq Bayraqdar özü məlumat paylaşıb.

“Hər kəsə Can Azərbaycandan salamlar! Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin məzarını, azərbaycanlı və Türk şəhidlərimizi ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun. Qardaşlığımızın gözəl havasını birlikdə içimizə çəkdik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, - deyə Səlcuq Bayraqdar paylaşımında qeyd edib.