YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanda ünvanlı dövlət sosial yardımının müddətinin uzadılması təklif olunur

«Azərbaycanda ünvanlı dövlət  sosial yardımının  müddəti uzadılır». Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bu məqsədlə  “Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişikliklər nəzərdə tutulur. Onun sözlərinə görə, dəyişiklklər parlamentdə qəbul olunsa, insanlar bu yardımı 2 il ərzində ala biləcək.

«Qanuna təklif edilən dəyişiklikdə məqsəd məmur bürokratiyasına son qoyulması, vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial  durumunun yaxşılaşdırılmasıdır. Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar»- deyə, komitə sədri vurğulayıb.