YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar müxtəlif aksiyalar keçirib

1918-ci ilin mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir. 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazılıb. Bu səbəbdən də, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılaraq saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsi hər bir Azərbaycan vətəndaşının borcudur.

Bu mənada Yeni Azərbaycan Partiyası Gənclər Birliyi erməni vəhşiliyinin və soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə virtual aksiyalar təşkil edib.

Belə ki, ermənilərin 1918-ci il mart-aprel aylarında Azərbaycanda törətdikləri qırğınları, soyqırımı aktını faktlarla diqqətə çatdırmaq üçün Virtual Məlumat Muzeyi hazırlayıblar. Təqdim olunan link (https://www.artsteps.com/view/605efe1110ed7a01e4a5b9ee) üzərindən daxil olmaqla istənilən şəxs soyqırımı faktları ilə tanış ola bilər.

Bununla yanaşı, YAP Gənclər Birliyi “twitter” sosial şəbəkə platforması üzərindən #31march1918 və #31marchgenocide haştaqları ilə kütləvi virtual aksiya təşkil edib. Aksiyanın keçirilməsində məqsəd 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı həqiqətlərin dünya trendidə düşməsi olub.

DİGƏR Xəbərlər Arxiv