YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı İdarə Heyətinin onlayn formatda iclası keçirilib. İclasda İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

İclası rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq gündəlikdəki məsələlər barədə məlumat verib və 31 mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayon üzrə nümayəndəsi Alı Babayev “Erməni terrorizmi:Tarix və həqiqətlər”, Qarabağ əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov “Qanlı illər:1905-1906-cı illər,1918-ci ilin mart hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımdır”, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il tarixli fərmanı soyqırım siyasətinə verilən siyasi qiymətdir” mövzularında çıxış ediblər.

Sonra rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının mart ayının 5-də keçirilmiş VII qurultayı, qurultayın keçirilməsini zəruri edən səbəblər və qurultayın qəbul etdiyi qərarlar, qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ilə əlaqədar görüləcək işlər, qarşıda duran vəzifələr barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra rayon təşkilatının Gənclər Birliyinin gördüyü işlər barədə hesabatı dinlənilib.

İclasda gündəlikdəki məsələlər İdarə Heyətinin üzvləri tərəfindən geniş müzakirə olunub, rəy və təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul olunub.