YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsi və qaziləri ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş Vətən Müharibəsi şəhidi, Xüsusi təyinatlı dəstənin kapitanı İsmayılov Elçin Mübariz oğlunun, Əmircan qəsəbəsi sakinləri, Vətən Müharibəsi qaziləri Hüseynov Ülvi Məsum oğlu və Əhmədov Mirrəhim Mirzə oğlunun ailələrini ziyarət etmiş, ailələrə sovqat aparmış və onların qayğıları ilə maraqlanmışlar.

Vətən Müharibəsi şəhidi, Xüsusi təyinatlı dəstənin kapitanı İsmayılov Elçin Mübariz oğlunun ailəsini ziyarət zamanı şəhidimizin təsviri toxunmuş xalça həyat yoldaşına YAP Suraxanı rayon təşkilatı tərəfindən təhvil verilmişdir. Səmimi keçən görüş zamanı təşkilatın sədri Vüqar Seyidov vurğulamışdır ki, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etmişlər. Məhz bu səbəbdən də hər birimizin borcudur ki, şəhidlərimizin əmanətlərinə ləyaqətlə sahib çıxaq.

Vətən Müharibəsi qaziləri Hüseynov Ülvi Məsum oğlu və Əhmədov Mirrəhim Mirzə oğlunun səhhətləri ilə yaxından maraqlanan Vüqar Seyidov hər iki qazimizin müalicə prosesinin təşkilat tərəfindən izlənilməsi haqqında ciddi tapşırıqlar vermişdir.

Sonda həm Vətən Müharibəsi şəhidi İsmayılov Elçin Mübariz oğlunun həyat yoldaşı, həm də Vətən Müharibəsi qaziləri Hüseynov Ülvi Məsum oğlu və Əhmədov Mirrəhim Mirzə oğlunun ailələri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmişlər.