YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

Martın 12-də Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib.

İclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Təftiş Komissiyasının üzvlərini bu məsuliyyətli vəzifəyə seçilmələri münasibətilə təbrik edib. YAP Mərkəzi Aparatının rəhbəri partiyanın Təftiş Komissiyasının qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edib.  

YAP-ın  VII Qurultayının ölkəmzin ictimai-siyasi həyatında mühüm hadisə və yeni mərhələnin başlanğıcı olduğunu deyən Tahir Budaqov partiyamızın sədri, Prezident İlham Əliyevin qurultayda dərinməzmunlu, proqram xarakterli çxışının partiyanın fəaliyyətində əsas istiqamət olduğunu nəzərə çatdırıb. Tahir Budaqov, həmçinin partiyamızın sədri İlham Əliyevin tövsiyyələrini Təftiş Komissiyasının üzvlərinin diqqətinə çatdırıb. O, komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra təşkilati məsələlərə baxılıb. Milli Məclisin deputatlarından Sevinc Hüseynova, Sadiq Qurbanov və Nizami Səfərov iclasda çıxış edərək, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə və YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevaya komissiya üzvləri adından yüksək etimad üçün təşəkkürlərini bildirib, komissiyanın üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səylə çalışacaqlarını qeyd ediblər.

İclasda daha sonra təşkilati məsələlərə baxılıb. Milli Məclisin deputatlarından Sevinc Əmirəhməd qızı Hüseynova Təftiş Komissiyasının sədri, Nizami Abdulla oğlu Səfərov sədr müavini seçildi.

İclasda, həmçinin  YAP-ın yeni Nizamnaməsinə əsasən, Təftiş Komissiyasının reqlamentinin hazırlanması və digər məsələlər də müzakirə olunub.

Komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.