YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub

Martın 9-da Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini Əli Əhmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının martın 5-də keçrilən VII Qurultayında partiyanın sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışından bəhs edərək,  partiyanın strukturunda da ciddi dəyişikliklər olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxışında ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirildiyini və bu islahatların siyasi sferanı da əhatə etdiyini diqqətə catdırıb. Ədalət Vəliyevin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar da bu islahatların tərkib hissəsi hesab olunmalıdır.

YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun fəaliyyətinin Azərbaycan ictimaiyyətinə yaxşı tanış olduğunu deyən Ədalət Vəliyev qeyd edib ki, Tahir Budaqov uzun illərdir ki, həm siyasi, həm də dövlət orqanlarında uğurla fəaliyyət göstərir.

Çıxış edən YAP-ın sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov göstərilən böyük  etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa çalışacağını, partiyanın qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.