YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Finlandiya Prezidenti Sauli Niinistönün Münxendə görüşü olub

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün Münxendə görüşü olub.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edildi, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.