YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Obama 2016-cı il üçün büdcə layihəsində Ermənistana maliyyə yardımının azaldılmasını təklif edib

ABŞ Prezidenti Barak Obama bu həftə 2016-cı il büdcə ili üçün 3,99 trilyon dollar həcmində büdcə təklif edib. Həmin büdcədə kəsirin 474 milyard dollar və ya ABŞ-ın ümumi daxili məhsulunun 2,5 faizi qədər olması nəzərdə tutulur. Obama administrasiyası büdcə layihəsində Ermənistana və Azərbaycana maliyyə yardımının azaldılmasını, Gürcüstana köməyin artırılmasını tövsiyə edib.
Belə ki, təklif olunan büdcə layihəsində 2016-cı ildə Ermənistan üçün 18 milyon 360 min dollar, yəni 2014-cü ildəkinə nisbətən 2 milyon dollar az  maliyyə yardımı ayrılması nəzərdə tutulur.
Əgər ABŞ Konqresi büdcənin təklif olunan layihəsini təsdiq edərsə, 2016-cı ildə Ermənistana ABŞ tərəfindən ayrılan yardım Ermənistana müstəqillik əldə etdiyi vaxtdan aşağı səviyyədə olacaq.
Xatırladaq ki, ABŞ Konqresindəki erməni kokusu hər il Ermənistan üçün azı 40 milyon dollar ayrılmasını xahiş edir və Azərbaycana heç bir yardım ayırmamağa çağırır. 

DİGƏR Xəbərlər Arxiv