YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yapon mühəndisləri nüvə reaktorlarını tədqiq etmək üçün sürünən robot düzəldiblər

Yapon mühəndisləri formasını dəyişməyi bacaran sürünən robot düzəldiblər. Bu robot “Fukusima-1” atom elektrik stansiyasının zəlzələ nəticəsində zərər dəymiş nüvə reaktorlarını araşdırmaq üçün nəzərdə tutulub.

“Hitachi-Hitachi-GE Nuclear Energy” şirkətinin filialı və digər şirkətlər bu robotu reaktorların daxili hissələrini tədqiq etmək məqsədilə hazırlayıblar. Məsafədən idarə edilən robot mil şəklini almağa və nazik boruların içərisi ilə hərəkət etməyə qadirdir. Bu, ona reaktorun daxilinə keçərək orda baş verən prosesləri tədqiq etməyə imkan verəcək.