YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid statistik informasiya sistemi təkmilləşdirilib

Azərbaycanda vahid statistik informasiya sistemi təkmilləşdirilib.

Bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ildəki fəaliyyətinə dair hesabatda məlumat verilib.

Qeyd olunub ki, statistik registrin aktuallığının təmin edilməsi üçün proqram vasitələrində zəruri dəyişikliklər aparılıb, yerli statistika orqanlarında istifadəyə verilib və proqram təminatının istismarı təşkil olunub. Kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar da daxil olmaqla, təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulu başa çatdırılıb.