YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: 2020-ci il xalqımızın həyatında cox cətin və həm də cox şərəfli bir il oldu

“2020-ci il xalqımızın həyatında cox cətin və həm də cox şərəfli bir il oldu. Bu il öz liderinin dəmir iradəsi ətrafında sıx birləşən xalqımız Qarabag torpağını işgalçılardan təmizləyərək ərazi bütövlüyümüzü bərpa etdi. Ötən il həm də koronavirus pandemiyası ilə mübarizə və bu mübarizədə azərbaycan səhiyyəsinin ugurları ilə yadda qaldı. Prezidentimiz cənab İlham Əliyevin səhiyyə sisteminin modernizasiyasındakı uzaqgörən və strateji addımları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi pandemiya ilə mübarizədə dünyaya örnək olan Azərbaycan modelini formalaşdırdı”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli bildirib ki,  hazırda pandemiya ilə mübarizədə cox məsuliyyətli bir dövrə qədəm qoyuruq. Sosial dövlət olaraq, vətəndaşların sağlamlığının qorunmasını əsas prioritet kimi müəyyənləşdirmiş Azərbaycanda vaksinasiya prosesi ugurla davam edir. Cənubi Qafqazda vaksinasiya prosesinə start vermiş ilk, digər dünya dövlətləri arasında ön sırada yer alan Azərbaycan, qlobal məkanda inkişaf etmiş ölkələrin vaksinlərin bölüşdürülməsində yol verdikləri eqoizmə və ədalətsizliklərə olkə Prezidenti səviyyəsində etirazını bildirib. Azərbaycan şovinist millətciliyə qarşı oldugu kimi “vaksin millətciliyini” də qəbul etmir. Ən diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan yuxarıda qeyd etdiyim cətin və böyük fədakarlıqlar, inzibati, iqtisadi resurslar tələb edən proseslərdə ugur qazanmaqla yanaşı, səhiyyə sistemindəki islahatları da davam etdirir.

“Bu sahədə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm.Pandemiya ilə aparılan mübarizədə tibbi sığortanın mərhələli tətbiqində və xüsusən Gəncə və Sumqayıt kimi böyük şəhərlərdə sığorta təbabətinə uyğun şəkildə struktur islahatlarının aparılması böyük ümidlər verir. Bu struktur islahatlarında köhnə stereotiplərdən uzaqlaşaraq, yeni yanaşmaların tətbiqi xüsusilə önəmlidir. Tam əminliklə bildirmək olar ki, ölkə rəhbərliyinin qayğısı və dəstəyi ilə Azərbaycan səhiyyəsi pandemiya ilə mübarizədə qalib gələcək və səhiyyə sistemindəki islahatlar uğurla nəticələnəcək”,-deyə deputat söyləyib.